İDMAN

05 Mart

“Real-Sosyedad” 32 ildən sonra İspaniya kubokunun finalına yüksəlib

İspaniya kubokunda ilk finalçı müəyyənləşib.

Fins.az-ın məlumatına görə, “Real-Sosyedad” həlledici görüşə vəsiqə qazanıb.

Finalçı aşağı liqa təmsilçisi “Mirandes”i mübarizədən kənarlaşdırıb. Evdə 2:1 hesablı qələbə qazanan “Real-Sosyedad” səfərdə də minimal hesabla qalib gəlib. Sonuncu dəfə 1987/88 mövsümündə kubokun finalına yüksələn San-Sebastyan təmsilçisi 32 illik həsrətə son qoyub. 

 

Qeyd edək ki, aprelin 18-dəki finalın ikinci iştirakçısı martın 5-də baş tutacaq “Qranada” - “Atletik” matçında bəlli olacaq. İlk görüşdə Bilbao təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

İspaniya kuboku
Yarımfinal, cavab oyunu
4 mart
“Mirandes” – “Real-Sosyedad” – 0:1

Oyarzabal, 41 (pen.)
İlk oyun – 1:2

© APA