İDMAN

05 Mart

Tottenham-dən MLS-ə

Tottenham-in yarımmüdafiəçisi Viktor Vanyama ABŞ-ın Monreal İmpact klubuna transfer olub.

Fins.az xəbər verir ki, bu barədə MLS klubunun saytı məlumat yayıb. Müqavilənin şərtlərini açıqlanmayıb.

Qeyd edək ki, Tottenham Kenya millisinin üzvünü 2016-cı ildə Southampton-dan 14 milyon avroya transfer edib. O, London klubunda ümumilikdə 69 oyuna 6 qol vurub.