İDMAN

05 Mart

\"Mançester Siti\" İngiltərə Kubokunun 1/4 finalına yüksəldi

İngiltərə kubokunun 1/8 final matçında "Mançester Siti” “Şeffild Uensdey”ə qalib gəlib.

Fins.az-a məlumatına görə, Şeffilddə keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti” matçda böyük üstünlüyə malik olub və rəqib qapısına 19 zərbə endirib. Qarşılaşmada yeganə qol isə ikinci hissənin əvvəlində vurulub. Matçın 53-cü dəqiqəsində Serxio Aquero fərqlənib.

Bununla da "Mançester Siti" İngiltərə Kubokunun 1/4 finalına çıxıb.

İngiltərə kubokunun digər 1/8 final matçında "Lester Siti" "Birminhem"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 82-ci dəqiqədə Rikardu vurub.