İDMAN

04 Mart

\"Barselona\" ilə razılaşmadı, \"Mançester Siti\"yə keçdi

“Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Fins.az xəbər verir ki, “şəhərlilər” “Koritiba”da forma geyən Braziliyanın gənclər millisinin üzvü olan Yan Koutonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

17 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Kouto “Mançester Siti”yə yayda qoşulacaq.

Qeyd edək ki, Koutonun “Barselona”ya transfer olunacağı gözlənilirdi. Çünki qış transfer pəncərəsi dövründə Koutonun "Kataloniya" təmsilçisi ilə anlaşdığı bildirilirdi.