İDMAN

04 Mart

\"Milan\" yeni baş məşqçisi ilə danışıqlara başladı

“Leyptsiq”in keçmiş baş məşqçisi Ralf Ranqnik “Milan”ı çalışdırmağa yaxındır.

Fins.az xəbər verir ki, A Seriyası təmsilçisi alman mütəxəssislə danışıqlar aparır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “Milan”ın Ranqnikə 3+1 şərti ilə müqavilə təklif etdiyi bildirilir.

Karyerası ərzində “Zalsburq”, “Şalke”, “Leyptsiq” kimi komandaları çalışdıran Ranqnik, hazırda MLS təmsilçisi “Nyu York Red Bullz”da skaut rəhbəri vəzifəsində işləyir.

“Milan”ı hazırda Stefano Pioli çalışdırır.