İDMAN

25 Fevral

Azərbaycan Premyer Liqası intizamsızlıq sarıdan ön pillələrdədir

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.

Fins.az xəbər verir ki, araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub. 

Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır.