DÜNYA

02 Sentyabr

Harris Trampla teledebat üçün yeni tələb irəli sürür

Demokratların prezidentliyə namizədi Kamala Harris, Respublikaçı rəqibi, Ağ Evin keçmiş prezidenti Donald Trampla qarşıdan gələn televiziya debatında mikrofonların daim açıq olmasını təklif edib.

Fins.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

"Biz ABŞ prezidentliyinə namizədlərik. Gəlin açıq müzakirə edək, mikrofonlar daim açıq qalsın," - Harris bildirib.

Harris konkret sübut təqdim etməyib, lakin Trampın öz müşavirlərinin bu şərtlə razılaşmasına icazə verməyəcəyinə əmin olduğunu deyib. O, əlavə edib ki, Tramp öz müşavirlərinin iradəsinə tabedir və bu səbəbdən də Amerika xalqının ona etibar etməsi mümkün deyil.

Reqlamentə görə, sentyabrın 10-da planlaşdırılan debatlar zamanı ABC kanalı hər iki spikerin çıxışı zamanı digərinin mikrofonunu söndürməyi planlaşdırır.

Kaira Agayeva 

Fins.az