DÜNYA

18 İyul

Səudiyyə Ərəbistanından kritik neft hasilatı qərarı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin neft hasilat gücünü gündəlik 13 milyon barrelə çatdıracaqlarını açıqlayıb.
"Fins.az" xəbər verir ki, ABŞ prezidenti Co Bayden və 9 ərəb ölkəsinin liderlərinin iştirakı ilə keçirilən “Ciddə Təhlükəsizlik və İnkişaf Sammiti” Səudiyyə Ərəbistanı vəliəhdi Bin Salmanın açılış nitqi ilə başlayıb.

Dünyanın dünyanın bir çox problemlərlə üzləşdiyi bir dövrdən keçdiyini bildirən Bin Selman, “Ümid edirik ki, sammit ölkələrimizlə ABŞ arasında strateji tərəfdaşlığı dərinləşdirmək üçün yeni əməkdaşlıq dövrü yaradacaq. ümumi maraqlarımızı təmin etmək və regionda təhlükəsizliyi və inkişafı təmin etməkdir,"-deyə bildirib. 

Qlobal çağırışlarla mübarizədə beynəlxalq səylərin artırılması lazım olduğunu qeyd edən Bin Salman, Səudiyyə Ərəbistanının daha əvvəl elan etdiyi kimi gündəlik neft hasilatını 13 milyon barrelə çatdırmaq qərarına gəldiyini və bundan başqa heç bir əlavə gücə sahib olmayacağını bildirib. 

Müəllif: Aynur Qəniyeva