DÜNYA

18 İyul

Zelenski bu şəxsləri vəzifəsindən uzaqlaşdırdı

Ukrayna Prezidenti Volodimir Zelenski İrina Venediktovanı Baş prokuror, İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırıb.

“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bununla bağlı müxtəlif sərəncamlar imzalayıb.

Digər sərəncamla Zelenski Baş prokurorun vəzifələrini onun müavini Aleksey Simonenkoya həvalə edib.