DÜNYA

13 İyul

İtaliyanın baş naziri Draqi: Rusiya qazından asılılığımız kəskin şəkildə azalıb

İtaliyanın baş naziri Mario Draghi ölkəsinin Rusiya qazından asılılığının kəskin şəkildə azaldığını, keçən il 40 %-dən bu il 25 %-ə düşdüyünü bildirib.
"Fins.az" xəbər verir ki, fərqli böhranlar keçirdiklərini ifadə edən Draghi, "Ukraynadakı dəhşətli rus işğalı, enerji xərclərinin artması, inflyasiyanın geri qayıtması... Amma belə bir məqamda İtaliya güclü bir ölkə olmağa davam edir" deyə əlavə edib. 

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra İtaliyanın enerji resurslarını şaxələndirmək planlarına toxunan Draqi deyib:"İtaliyanın Rusiya qazından asılılığı xeyli azalıb. Keçən ilin bu vaxtında idxal olunan qaz 45 faiz olduğu halda, bu il bu rəqəm 25 faizdir. Təchizat öz yolundadır, ehtiyatlar artır. Bu, əhəmiyyətlidir, çünki müəyyən mənada müharibənin əvvəlində verdiyimiz strateji qərardır: "Bu, onun bəhrəsidir. İtaliya müharibənin əvvəlində olduğu kimi artıq özünü strateji və geosiyasi asılılıq mövqeyində saxlayabilməz. Bu, qəbuledilməzdir və həmişəlik dəyişməlidir.”.