DÜNYA

25 İyun

Netflix işçilərini ixtisar edib

Məşhur yayım platforması “Netflix” işçilərini ixtisar edib.

Fins.az xəbər verir ki, şirkət 300 əməkdaşını işdən çıxarıb.

İxtisarların aparılma səbəbini açıqlayan platforma bu addımı abunələrin azalması ilə əlaqələndirib.

Qeyd edək ki, artan rəqabətə tab gətirə bilməyən “Netflix” yarandığı gündən ilk dəfədir bu addımı atır. Şirkətin reklam təklifləri sürətlə azalmağa doğru gedir.