DÜNYA

24 İyun

ABŞ-dan Ukraynaya 450 milyon dollarlıq yeni yardım paketi

Ağ Ev Ukraynada hazırlanmış raket sistemi olan Yüksək Performanslı Artilleriya Raket Sistemləri (HIMARS) daxil olmaqla, 450 milyon dollarlıq yeni müdafiə yardımı edəcəklərini açıqlayıb.

"Fins.az" xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında “Birləşmiş Ştatlar bu gün Ukraynaya demokratiyanı müdafiə etmək öhdəliyinin bir hissəsi olaraq 450 milyon dollarlıq yeni yardım paketi verəcək,-" deyə bildirib

Paketdə HIMARS ilə yanaşı silah və avadanlıqların da olduğunu qeyd edən Kirbi, "Bu yardımlar Ukraynanın sahillərini və su yollarını qorumağa kömək edir,"-deyə bildirib.

Kirbi deyib ki, Bayden Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 13 müdafiə paketi açaraq yardımın ümumi dəyərini 6,1 milyard dollara çatdırıb.

ABŞ prezidenti Bayden iyunun 15-də etdiyi son açıqlamada Ukraynaya 1 milyard dollarlıq müdafiə yardımı edəcəklərini bildirmişdi.