DÜNYA

20 İyun

eBay Türkiyədən çıxır

Qlobal e-ticarət nəhəngi eBay Gittigidiyor-u bağlayaraq Türkiyədəki fəaliyyətini dayandırır.
eBay bu barədə yazılı açıqlama verərək, Türkiyədəki filialı GittiGidiyor'u bağlayacağını açıqlayıb.

"Fins.az" xəbər verir ki, şirkət GittiGidiyor-un bağlanmasının onun ikinci rüb və ya maliyyə ili balansına ciddi təsir göstərəcəyini gözləmir.

GittiGidiyor, birinci rübün sonunda eBay-ə təxminən 4 milyon aktiv alıcı gətirib.Bu gündən etibarən satıcılar GittiGidiyor platformasında yeni elanlar yerləşdirə bilməyəcək, iyulun 18-dən isə alıcılar yeni alış-veriş edə bilməyəcək.

Qeyd edək ki, 2011-ci ildə Gittigidiyor-un 93 faizini alan eBay, 2016-cı ildə bütün səhmləri alıb.