DÜNYA

20 İyun

Aİ və Misir arasında enerji sazişi

Avropa İttifaqı (Aİ) ilə Misir arasında xüsusilə enerji sahələrində əməkdaşlıq sazişi imzalanıb.
"Fins.az" xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə Misir arasında enerji sahələrində əməkdaşlığı əhatə edən və 2027-ci ilə qədər davam edəcək Tərəfdaşlıq Prioritetləri Sənədi imzalanıb.

Misir Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lüksemburqda keçirilən imzalanma mərasimində Misirin xarici işlər naziri Samih Şükri, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell iştirak edib.

Açıqlamaya görə, imzalanan tərəfdaşlıq və əməkdaşlıq prosesi 2027-ci ilə qədər davam edəcək.İmzalanma mərasimi Aİ-Misir Assosiasiya Şurasının 9-cu Dövr Toplantısından sonra keçirilib. Avropa İttifaqının Misir ofisinin Twitter hesabında paylaşılan yazıda Borrelin danışıqlarla bağlı "ortaqlığımızın böyük imkanları var, doğru yoldayıq" kimi qiymətləndirmə verdiyi bildirilib.

Digər tərəfdən Misirin əl-Əhram qəzeti Şükrinin Misirin Aİ ilə bütün sahələrdə əməkdaşlığı gücləndirmək istəyini ifadə etdiyini yazıb."Misir dünyanın şahidi olduğu təhlükəli iqtisadi çətinliklərə qarşı durmağa çalışır" deyən Şükri, ölkəsinin enerji təchizatı sayəsində bu sahədə müsbət tərəfdaş olacağını vurğulayıb. 

Assosiasiya Şurasının iclasında AB-dən gələn ərzaq çatışmazlığını aradan qaldırmaq üçün Misirə 100 milyon avro yardım ediləcəyi də açıqlanıb.