DÜNYA

19 İyun

Baydendən Məhəmməd bin Salmanla görüşlə bağlı suala cavab

ABŞ prezidenti Co Bayden gələn ay Səudiyyə Ərəbistanına səfəri zamanı ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb-görüşməyəcəyi ilə bağlı suala, "Mən Məhəmməd bin Salmanla görüşməyəcəyəm, oraya beynəlxalq görüş üçün gedirəm. O (Məhəmməd) Bin Salman) da bu görüşün bir hissəsi olacaq,"- cavabını verib.

Həftəsonunu keçirmək üçün Delaverə gedən Bayden təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Bayden bir jurnalistin gələn ay Səudiyyə Ərəbistanına edəcəyi səfərlə bağlı sualına cavab verib: "Səudiyyə Ərəbistanına gedəndə (Jurnalist Camal) Qaşıqçının öldürülməsi ilə necə məşğul olacaqsınız?" "İndiyədək bunu necə diqqətində saxlamışam elə də olacaq. Mən Məhəmməd bin Salmanla görüşməyəcəyəm, ora beynəlxalq görüş üçün gedirəm. O (Məhəmməd Bin Salman) da bu görüşün bir hissəsi olacaq,"-cavabını verib.

Bayden, Ukraynada qaçırıldığı iddia edilən 3 Amerika vətəndaşı ilə bağlı suala, "Mən bu məsələ ilə bağlı məlumat vermişəm. Bu insanların harada olduğunu bilmirəm, amma amerikalılara bir daha xatırlatmaq istəyirəm ki, indi bunun vaxtı deyil,”-deyə bildirib.

Qeyd edək ki, Ağ Ev Baydenin iyulun 13-16-da İsrail və Səudiyyə Ərəbistanına səfər edəcəyini və oradakı təmasları çərçivəsində Məhəmməd bin Salmanla görüşəcəyini açıqlayıb.

Müəllif:Aynur Qəniyeva