DÜNYA

16 İyun

Rusiyada Türkiyəyə səfər üçün tur qıtlığı var

Türkiyəyə səfərlərə tələb təklifi xeyli üstələyir, yaxın tarixlər üçün tur qıtlığı var.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

"Turoperatorlar yaxın tarixlər üçün Türkiyəyə reysləri olan turpaketlərin çatışmazlığı barədə məlumat verirlər. Tələb, hava nəqliyyatı ilə məhdudlaşan təklifi xeyli üstələyir. İki-üç günə hətta Moskvadan da yola düşməklə Antalyaya turlar almaq mümkün deyil”, - məlumatda deyilir.