DÜNYA

12 Avqust

Britaniya iqtisadiyyatı iyunda 1% böyüyüb

Bu ilin iyun ayında Böyük Britaniya iqtisadiyyatı aylıq müqayisədə gözləniləndən daha çox – 1% böyüyüb.

"Reuters"-İN məlumata görə, böyümənin əsas drayveri kimi may ayında COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından irəli gələn xidmət sektorunun sürətli artımı göstərilir. Xidmət sektoru iyunda aylıq müqayisədə 1,5%, təkcə qida və içki xidmətləri isə 10% artıb.

Sənaye sektoru neft yataqlarında gedən təmirinin uzanması nəticəsində 0,7% azalıb. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, cari ilin aprel-iyul aylarında ölkədə qeydə alınan ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% artıb.

Qeyd edək ki, İngiltərə Bankının ("Bank of England") proqnozuna görə, Böyük Britaniya iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə bu ilin sonuncu rübündə qayıdacaq.

(C)APA