DÜNYA

12 Avqust

Çində yeni tənzimləmə dalğası

Çin, iqtisadiyyatın böyük bir hissəsini və bir çox sektoru təsir edəcək yeni qaydalar üçün 5 illik bir plan layihəsi yayımlayıb. 

Fins.az xəbər verir "Qanunun aliliyini gücləndirmək" üçün beş illik planını açıqlayan Çin, bir çox sektorda yeni tənzimləmənin tətbiq ediləcəyinə işarə edib.

Məlumata görə dövlət Şurası və Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən çərşənbə günü elan edilən plan, səlahiyyətlilərin milli təhlükəsizliyi, texnologiyanı və inhisarların tənzimlənməsində "aktiv" işini nəzərdə tutur.

Yeməkdən əczaçılığa, böyük məlumatlardan süni intelektə qədər bir çox sektorda qanunların icrası gücləndiriləcək.Bu yaxınlarda Çin qlobal nəhəng şirkətlərinə qarşı cinayət işi açıb.

Alibabaya qarşı açılan inhisarla bağlı istintaqı, xarici kütləvi təkliflərlə əlaqədar kiber təhlükəsizlik qiymətləndirmələri ilə nəticələndi və nəhayət, artan özəl məktəb sektorunun qazanc əldə etməsinin qadağan edilməsi nəticəsində Çin səhmlərində böyük satış dalğaları müşahidə edilib.

Müəllif:Aynur Qəniyeva