DÜNYA

12 Avqust

Ərdoğan “Taliban” lideri ilə görüşə bilər

Türkiyə ən qısa müddətdə ölkənin cənub-qərbindəki meşə yanğınlarının nəticələrini aradan qaldırmaq və təbiət hadisəsindən zərər çəkmiş bölgələri bərpa etməkdə qərarlıdır.

“Fins.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Turk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib.

“Yanmış meşələr küldən qalxacaq. Biz bu əraziyə yeni ağaclar əkəcəyik, burada yenidən meşələr olacaq”, - türkiyəli lider bəyan edib.

Onun sözlərinə görə, təbii fəlakətin əhatə etdiyi ərazilərdə tikinti işlərinə artıq bir aydan sonra başlanılacaq. Dövlət başçısı əlavə edib ki, onların bir il ərzində başa çatdırılması planlaşdırılır.

Prezident Ərdoğan, həmçinin qeyd edib ki, son beş il ərzində Türkiyə meşə aktivlərinin sahəsini artıran ölkələrin reytinqində 46-cı yerdən 27-ci yerə yüksəlib.

O, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində Türkiyənin həyata keçirdiyi tədbirlərə toxunaraq bildirib ki, hakimiyyət bütünlükdə ölkə əhalisini peyvənd etdirmək niyyətindədir. Dövlət başçısı bu məsələnin həlli üçün bütün lazımi resursların səfərbər olunduğunu bildirib.