DÜNYA

11 Avqust

ABŞ-da inflyasiya məlumatları açıqlanıb

İyul ayında ABŞ -da istehlakçı qiymətləri iqtisadçıların gözləntilərinə uyğun olaraq bir əvvəlki aya görə 0,5% artıb. ABŞ-da istehlak qiymətləri indeksi iyul ayında illik müqayisədə 5,4% artıb. 

Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntisi, istehlak qiymətlərində illik artımın 5,3% olacağı idi. Ölkədə istehlak qiymətlərində əvvəlki ayla müqayisədə 0,5 % artım müşahidə edilib. Bu məlumatların gözləntisi 0,5% idi.

Əsas inflyasiya göstəricilərinə nəzər saldıqda, ərzaq və enerji istisna olmaqla istehlak qiymətlərinin hər ay 0,3 % artdığı müşühidə edilib. İqtisadçılar 0,4 % artım gözləyirdilər. İllik olaraq əsas inflyasiya gözləntilərə uyğun olaraq 4.3% idi.