DÜNYA

10 Avqust

Lukaşenko Putindən daha 1 milyard dollar istəyib

Belarus, Beynəlxalq Valyuta Fondunun (BVF) verməkdən imtina etdiyi 1 milyard dollarlıq kreditin müqabilində Rusiyadan maliyyə yardımının yeni bir hissəsini istəyir.

Fins.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko media ilə "Böyük Söhbət" zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya ilə, köhnə borclar üzrə ödənişlərin təxirə salınması, 1 milyard dollarlıq kreditlərin yenidən maliyyələşdirilməsi, habelə Belarusun Rusiya neftini güzəştli qiymətlərlə almaq imkanından məhrum edən vergi müzakirə olunur: "Ruslar bizə kömək etsəydilər, minnətdar olardıq".