DÜNYA

26 Noyabr

IBM 10 min adamı işdən çıxaracaq

Bakı, 26 noyabr Fins.az

IBM, xərcləri azaltmaq üçün Avropa bölgəsində 10 min iş yerini ixtisar etməyi planlaşdırır. Beləliklə, şirkət Avropadakı fəaliyyətlərində işçilərinin beşdə birini ixtisar edəcək.
IBM, xərclərini azaltmaq və yavaş böyüyən xidmət bölmələrində partnyorlara dividend paylamaq üçün Avropa bölgəsində 10.000 iş yerlərini ixtisar etməyə hazırlaşır.

Bloomberg xəbər verir ki, geniş itkilər bölgədəki işçi qüvvəsinin 20%-nə təsir edəcək. İngiltərə və Almaniyanın ən az təsirlənən ölkələr olacağı gözlənilsə də, Polşa, Slovakiya, İtaliya və Belçikada ciddi ixtisar olacaq.

Həmkarlar ittifaqı rəsmilərinin birinin dediyinə görə, IBM, noyabr ayının əvvəlində bölgədəki işçilərin nümayəndələri ilə görüşündə Avropadakı ixtisarları elan edib.

"İşçi qüvvəsi qərarlarımız müştərilərimizə ən yaxşı açıq hibrid bulud platforması  təmin etmək üçün verildi.Eyni zamanda, müştərilərimizə ən yaxşı xidməti göstərmək üçün IBM işçilərinin istedadına və inkişafına əhəmiyyətli investisiyalar qoymağa davam edəcəyik." deyə əlavə edib sözügedən şəxs

Ən çox zərər görən sektor, müştərilərin məlumat mərkəzlərinin idarə olunması və ənənəvi texnoloji dəstək kimi gündəlik infrastruktur əməliyyatları həyata keçirən IBM-in informasiya texnologiyaları xidməti olacaq.

 Müəllif:Aynur Qəniyeva