DÜNYA

25 Noyabr

Bayden gələcək kabinetinin üzvlərini təqdim edib

Bakı, 25 noyabr Fins.az

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edib.

Delaver ştatının Vilminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək nazir namizədləri eyni səhnədə yan-yana dayanıblar.

Məlumata görə, Co Bayden Toni Blinkeni Dövlət katibi vəzifəsinə, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndəliyə, Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, keçmiş Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.