DÜNYA

24 Noyabr

Almaniyada ÜDM rekord həddə ARTIB

Almaniyanın iqtisadiyyatı, 2020-ci ilin üçüncü rübündə əvvəlki üç ayda rekord dərəcədə 8,5% böyüyüb.

İllik olaraq Almaniyanın ÜDM-i 4% azalıb (ilkin təxmin -% 4,3 azalma). Heç bir düzəliş gözlənilmirdi. Almaniyada istehlak xərcləri iyul-sentyabr aylarında əvvəlki rübə görə 10,8% artıb, dövlət xərcləri 0,8% artdı. Avadanlıqlara investisiya qoyuluşu 16% artdı və ixrac 18.1% artıb. Destatis, Almaniyanın 2020-ci ilin ikinci rübündə koronavirus pandemiyası səbəbiylə itirdiyi ÜDM-nin əhəmiyyətli bir hissəsini bərpa edə bildiyini qeyd edib.

Xəbər verildiyi kimi, bu ilin aprel-iyun aylarında Almaniya iqtisadiyyatı rekord sürətlə - əvvəlki rüblə müqayisədə 9,8% və illik hesablamada 11,3% azaldı.