DÜNYA

24 Noyabr

"Fitch" səhv məlumatlara görə İrəvanın reytinqlərini geri çağırıb

Bakı, 24 noyabr Fins.az

"Fitch Ratings" beynəlxalq agentliyi İrəvanın reytinqlərin qiymətləndirmə prosesində iştirakından imtina etməsi səbəbindən şəhərin "B+" səviyyəsində olan xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) geri çağırıb.

Bundan sonra agentlik reytinqlərin qiymətləndirməsi üçün kifayət qədər məlumata sahib olmayacaq.

"Reytinqlər qənaətbəxş olmayan və səhv məlumatların verilməsi səbəbindən geri çağrılıb", - deyə "Fitch"in açıqlamasında deyilir.