DÜNYA

23 Noyabr

Netanyahu gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib

Bakı, 23 noyabr Fins.az

İsrailin Baş naziri Binyamin Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib.

Fins.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayımlayıb.

Məlumata görə, Haaretz xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu vəliəhd Məhəmməd bin Salman və ABŞ dövlət katibi Michael Pompeo ilə görüşmək üçün gizli şəkildə Səudiyyə Ərəbistanına uçub

FlightRadar24-dən verilən məlumata görə, Gulfstream IV-SP model təyyarə 22 Noyabr tarixində saat 07: 30-da Tel-Əviv hava limanından qalxaraq Səudiyyə Ərəbistanının Neom Bay hava limanına uçub

Mossad Kəşfiyyat Xidmətinin rəhbəri Yossi Cohen, Netanyahunu səyahətində müşayiət edib.İsrail hökumətinin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina edib.