DÜNYA

23 Noyabr

Çin Prezidenti Xi-nin QR kodu ilə səyahət təklifi

Bakı, 23 noyabr Fins.az

Çin Prezidenti Xi QR kod əsaslı beynəlxalq səyahət sistemi yaratmağı təklif edib.

Fins.az xəbər verir ki, Şinin QR kodu təklifindən sonra insan hüquqları müdafiəçiləri kodların "daha geniş siyasi izləmə və ayrı-seçkilik" üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq etdiblər

Çin Prezidenti Xi Jinping, QR kod əsaslı beynəlxalq səyahət sisteminin köhnə beynəlxalq səyahət kursuna qayıtması üçün çağırıb.

BBC-nin hesabatına görə, Şi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin müddətli prezidentliyi dövründə keçirilən G20 Liderlər Sammitində Kovid-19 səbəbiylə dayandırılmış beynəlxalq səyahətləri asanlaşdırmaq üçün yeni bir təklif verib.

Şi, " Nuklein turşunun test nəticələrinə əsaslanan sağlamlıq sertifikatlarının" QR kod texnologiyasına əsaslanaraq yaradılacaq "qlobal mexanizm" ilə təsdiqlənə biləcəyini və bu şəkildə səyahətlərin asanlaşdırılacağını bildirib.