DÜNYA

30 Oktyabr

Türkiyənin xarici ticarət kəsri azalıb

Fins.az xəbər verir ki, Türkiyədə sentyabr ayında ixrac 4.8%, idxal 23% artmaqla, xarici ticarətdə kəsrin 4.83 milyard dollara düşməsinə səbəb olub. 

Türkiyə Statistika Qurumu ilə Ticarət Nazirliyinin birgə yayımladığı xarici ticarət göstəricilərinə görə ixrac 2020-ci ilin sentyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 4.8% artaraq, 16.9 milyard dollar, idxal isə 23% artaraq, 20.8 milyard dollar olub. (investaz.az)