DÜNYA

30 Oktyabr

Fransada iqtisadi inkişaf 18%-ə çatdı

Fins.az xəbər verir ki, Fransanın cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, üçüncü rüb ərzində istehsal edilən mal və xidmətlərin dəyəri (ÜDM) ikinci rüb ilə müqayisədə 18.2% artıb. İqtisadiyyat ikinci rübdə 13.7% daralmışdı. Analitiklər isə üçüncü rübdə yalnız 15.4%-lik artım proqnozlaşdırırdılar. 

ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür və ölkənin inkişaf sürətini göstərir. Burada artım ölkə valyutasına olan tələbi də artırır. 

Qeyd etmək lazımdır ki, inkişaf göstəricisinin proqnozlaşdırılandan yaxşı açıqlanması, inkişafın davam edəcəyinə işarədir. (investaz.az)