DÜNYA

30 Oktyabr

Neftdə enişlər dərinləşir

Fins.az xəbər verir ki, neft ABŞ və Avropada artan Koronavirusa yoluxma hallarının artması nəticəsində, yerüstü və hava nəqliyyatı sektorunda yanacağa olan tələbin kəskin azalması səbəbilə mart ayından bu yana ən böyük aylıq ucuzlaşmanı reallaşdırır. Fyuçerslər Nyu York birjasında bu ay 9.3% ucuzlaşıb. London birjasında isə bu, may ayından bu yana qeydə alınmış minimumlarda qərarlaşıb. 

Bununla yanaşı, Liviyada hasilatın çoxalması da təklifin artacağına dair narahatlıqları yüksəldir. 

Texas neftinin dekabr fyuçersinin (WTI) qiyməti "Nymex" birjasında cümə axşamı 3.3% ucuzlaşdıqdan sonra bu gün Sinqapur birjasında 0.9% bahalaşaraq 36.50$-a qədər yüksəlib. 

Brend neftinin dekabr fyuçersi isə "London ICE Futures Europe" birjasında həftənin dördüncü ticarət günündə 7% ucuzlaşdıqdan sonra 43 sent bahalaşaraq 38.08$ həddində qərarlaşıb. Dekabr fyuçersi bu ay 7% dəyər itirib. (investaz.az)