DÜNYA

30 Oktyabr

ABŞ-dan 8 şirkətə sanksiya

Fins.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, Xarici Varlıqların Mühafizəsi İdarəsinin (OFAC) yanvar ayında sanksiya siyahısına daxil olan "Triliance Petrokimya Şirkəti" vasitəsi ilə İranın neft - kimya məhsullarının alqı-satqısı ilə əlaqəli səkkiz şirkətə qarşı sanksiya tətbiq ediləcəyi bildirildi. 

Açıqlamada bu təşkilatların İran, Çin və Sinqapurda yerləşdiyi və İranın neft-kimya satışlarının rejimin Yaxın Şərqdəki və son zamanlarda Venesueladakı "korrupsioner rejimləri" və terror qruplarını maliyyələşdirmək üçün istifadə etdiyi əhəmiyyətli bir gəlir mənbəyi olmağa davam etdiyi səbəbilə qeydə alındığı bildirilib. (investaz.az)