DÜNYA

29 Oktyabr

Nyu-York birjası, Wall Street pandemiyaya görə mənfiyə düşür

Wall Street pandemiyada mənfiyə düşür.

Fins.az xəbər verir ki, Nyu-York birjasında indekslər koronavirusa görə yrnidən aşağı düşməyə başlayıb.

“Dow Jones” sənaye indeksi 943,24 bənd (-3,43%) enişlə 26 497,39 bəndə, “Standard Poor 500” indeksi də 119,64 bənd (-3,53%) azalma ilə 3 271,03 bəndə geriləyib.

“Nasdaq” elektron indeksi də 426,48 bənd (-3,73%) geriləyərək 11 004,87 bəndə düşüb. Hərracda “Alphabet”in səhmləri 4,82 faiz, “Microsoft”un səhmləri 4,95 faiz, “Apple”ın səhmləri isə 4,42 faiz azalıb. WTI markalı neftin dekabr müqavilələri 0,21 faiz ucuzlaşaraq 37,31 ABŞ dollarından, qızıl isə 0,09 faiz ucuzlaşaraq 1 877,70 ABŞ dollarından satılıb.