DÜNYA

29 Oktyabr

Qızıla tələbat kəskin dərəcədə aşağı düşüb

Bu ilin üçüncü rübündə dünyada qızıla olan ümumi tələbat ötən ilin analoji dövrü ilə müqayisədə 19% azalaraq 892 tona düşüb.

Fins.az Tass-a istinadən xəbər verir ki, bu, 2009-cu ildən bəri ən aşağı rüblük göstəricidir.

Azalmaya səbəb COVID-19 pandemiyası göstərilir.

İlin əvvəlindən qiymətli metala olan tələbat 2,97 min ton təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10% azdır.