DÜNYA

29 Oktyabr

Səudiyyə Ərəbistanının büdcəsində 49,2 milyard dollar kəsir yaranıb

Səudiyyə Ərəbistanının ümumi büdcə gəlirləri, Covid-19 epidemiyasında neft qiymətlərinin düşməsi səbəbindən 2020-ci ilin ilk 9 ayında 24% azalaraq 144,4 milyard dollara düşüb.

Fins.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının büdcəsi 2020-ci ilin ilk 9 ayında 49,2 milyard dollar (184,11 milyard rial) kəsir yaranıb. 

Digər tərəfdən, dövlət xərcləri ilk 9 ayda  3% azalaraq 193,6 milyard dollara düşüb.

Ötən ilin eyni dövrü üçün büdcə ölkədə 190,3 milyard dollar idi.

Büdcədəki kəsirə qlobal neft qiymətlərinin enməsi nəticəsində ölkənin neft gəlirlərinin illik 33 faiz azalması səbəb olduğu qeyd edilib.

Ölkədəki Kovid-19 səbəbiylə görülən tədbirlər nəticəsində qeyri-neft gəlirlərinin 5% azaldığı bildirilib.

2019-cu ilin sonunda 180,8 milyard dollar olan Səudiyyə Ərəbistanının dövlət borcunun bu ilin üçüncü rübündə 25% artaraq 226,14 milyard dollara çatdığı ifadə edildi.

Müəllif: Aynur Qəniyeva