BİZNES

05 Noyabr

İndikativ planlaşdırma ilə bağlı görüşlər başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində indikativ planlaşma ilə bağlı görüşlər başa çatıb.

Fins.az ​​​​​​​xəbər verir ki, ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 46 dövlət qurumu ilə iclaslar keçirilib, qarşıda duran vəzifələr müzakirə edilib.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə əlaqədar keçirilən görüşlərə isə  33 dövlət qurumundan 123 nəfər aidiyyatı nümayəndə cəlb olunub.

İnteraktiv keçən görüşlərdə növbəti illər üzrə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə edilib, icrasında çətinliyi olan və diqqət tələb edən tədbirlər nəzərdən keçirilib. Hər bir qurumun üzərinə düşən işlərin koordinasiyalı şəkildə icrası və müvafiq nəticə indikatorlarının formalaşdırılması üçün tövsiyələr verilib.

Zemfira Ms
Fins.az