BİZNES

05 Noyabr

14 müəssisə cərimələndi

Fins.az - Analitik Ekspertiza Mərkəzi, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslərə qarşı 25 dekabr 2023-cü ildən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri həyata keçirmişdir.

35 plandankənar yoxlama aparılmış, 14 müəssisəyə inzibati cərimə tətbiq olunmuşdur. Araşdırmalar nəticəsində, bəzi müəssisələrdə qeyd olunan şəxslərin fəaliyyəti qeyri-müəyyən olmuş, əmək müqavilələrinin ləğv edildiyi aşkar edilmişdir. Qeyri-qanuni fəaliyyətlərin dayandırılması üçün tədbirlər görülmüş, müəssisə rəhbərliklərinə xəbərdarlıq edilmişdir.

Vətəndaşlara özəl tibb müəssisələrində rast gəldikləri neqativ hallarla bağlı şikayətlərini Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” nömrəsinə (596 05 20) bildirmələri tövsiyə olunur.

Eyni zamanda, sosial şəbəkələrdə yayımlanan saxta plastik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçiləri ilə bağlı məlumatlara da diqqət çəkilir.