Fins.az - Dünyanın ən iri neft şirkətlərindən biri olan Saudi Aramco, 2023-cü ilin yanvar-sentyabr dövründə xalis gəlirinin 11% azalaraq 83,9 milyard dollara enməsi ilə bağlı məlumat yayıb.
Şirkətin 2022-ci ilin eyni dövründəki gəliri 94,5 milyard dollar idi. Üçüncü rübdə, Saudi Aramco-nun gəliri ilbəil 15% düşərək 27,6 milyard dollar olub. Hesabatda qeyd olunur ki, bu maliyyə nəticələri neft qiymətlərinin düşməsi və emal marjalarının azalması ilə bağlıdır. İyul-sentyabr aylarında şirkət nefti orta hesabla 79,3 dollar/barel qiymətinə satıb, bu da keçən ilin eyni dövründəki 89,3 dollar/barel qiymətindən aşağıdır.
Səudiyyə Ərəbistanı, OPEC+ çərçivəsində neft istehsalını könüllü şəkildə azaltmağa davam edir. Krallıq və alyansa daxil olan digər yeddi ölkə, enerji daşıyıcısının istehsalının azaldılmasını uzatma qərarı verib.