BİZNES

06 Avqust

Azercell Telekom-un gəliri və xalis mənfəəti artıb -MALİYYƏ HESABATI

"Azercell Telekom" MMC-nin 1 milyard manata yaxın yığılmış xalis mənfəətinin böyük hissəsi bölüşdürülüb.

Fins.az şirkətin 31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 993 milyon 854 min manat təşkil etmiş bölüşdürülməmiş mənfəəti 2020-ci ilin sonunda 552 milyon 937 min manat olub. Qısası, ötən il şirkətin mənfəətinin 440 milyon 917 min manatı bölüşdürülüb. 

Türkiyədə təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” MMC-nin yeganə təsisçisidir. “Azertel” nizamnamə kapitalının 51,3%-i Azərbaycan dövlətinə məxsus "AzInTelecom" şirkətinə, 42.2%-i “Cenay İletisim” şirkətinə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə  məxsusdur.