BİZNES

06 Avqust

Nazir müavini Azərbaycandakı İraq kapitallı şirkətlərin sayını AÇIQLAYIB

“Azərbaycanda İraq kapıtalı ilə fəaliyyət göstərən müxtəlif sahələrdə 180-dən çox şirkət var”.

Fins.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın iclasında deyib.Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 pandemiyası fonunda ticarət dövriyyəsinin azalmasına baxmayaraq, bu il ölkələr arasında ticarətin həcmində yaxşılaşma müşahidə olunub və ticarət dövriyyəsi bu ilin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artıb.

Qeyd edək ki, bu ilin I yarısında Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsinin həcmi 7,423 mln ABŞ dolları təşkil edib.

(c)APA