BİZNES

05 Avqust

İrandan 31 mindən çox aksiz markasız siqaret gətirdilər

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

“Fins.az” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, idarənin Biləsuvar gömrük postunda İrandan gələn “Foton” markalı yük avtomobilinə rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı monitorda avtomobilin kabinəsinin bir neçə hissəsində siqaretə bənzər təsvirlər müşahidə edilib.

Əsaslı yoxlama zamanı isə avtomobilin kabinəsinin çöl və daxili hissələrində olan boşluqlarda “Senator White Line”, “Milano” və “Walden” adlı cəmi 31.400 ədəd aksiz markasız siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.