BİZNES

24 İyun

EnterpriseAzerbaijan.com e-Asiya proqramı ilə əməkdaşlığa başlayır

EnterpriseAzerbaijan.com portalı Şərqi Asiya Sammitinin üzv ölkələri tərəfindən maliyyəşən e-Asiya tədqiqat proqramı ilə əməkdaşlığa başlayır.

Fins.az xəbər verir ki,Asiya İnkişaf Bankı və Steinbeis GmbH Co. KG şirkəti texniki yardımın icrası məqsədilə EnterpriseAzerbaijan.com portalına daxil olan startapların dəstəklənməsi, bilik və  təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirib. Sözügedən əməkdaşlıq strateji inkişafın davam etdirilməsi, sinerjinin formalaşdırılması və portalda olan layihələrin inkişafı üçün yaxşı imkan yaradır.

Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.