BİZNES

23 İyun

30 sayt bloklandı

İranın 30 saytı ABŞ hökuməti tərəfindən bloklanıb.

Fins.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ hökuməti 30 saytına girişi bağlayıb. Saytların əksəriyyətinin dezinformasiya yaydıqları üçün bloklandıqları bildirilib.

Agentlik bildirib ki, İran portallarının bloklanması prezident seçkilərində İbrahim Rəisinin qalib gəlməsindən sonra Vaşinqtonla Tehran arasındakı münasibətlərin kəskinləşməsi fonunda baş verib.

Qeyd edək ki, bir müddət əvvəl İranın ingilis dilində yayımlanan Press TV və ərəb dilində fəaliyyət göstərən "Əl Alam" telekanallarının saytlarının domenləri ABŞ tərəfindən bloklanmışdı.