BİZNES

23 İyun

Bu şirkət \"Xəzər adaları\"nda təmir işləri aparacaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC "Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində, Bakı-Salyan şossesinin 27-29-cu kilometrliyində yerləşən “Yeni şəhər” kompleksində (keçmiş "Xəzər adaları") müxtəlif adda təmir işlərinin yerinə yetirilməsi" üçün keçirdiyi tenderi yekunlaşdırıb.

Fins.az xəbər verir ki, qalib şirkət "Meqaplus" firmasıdır.

“Azərbaycan Sənaye Korporasiyası” qalib şirkətilə məbləği 49 min 933 manat olan müqavilə imzalayıb.