BİZNES

17 İyun

Bu fond qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı xidmət satın alır

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satınalınması məqsədi ilə açıq tender elan edir

Fins.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının  //www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar  müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.