BİZNES

17 İyun

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 27.1% artıb

 2021-ci ilin yanvar-may ayları ərzində 119.175 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Fins.az xəbər verir ki,bunun 28.016-sı ilkin, 91.159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27.1% artıb.

Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17.555-i fərdi yaşayış və bağ evi, 36.999-u mənzil, 59.146-sı torpaq sahəsi, 1.328-i qeyri-yaşayış binası, 3.843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.

Müəllif: AynurQəniyeva