BİZNES

16 İyun

Mikayıl Cabbarovdan BMT ilə əməkdaşlıqla bağlı AÇIQLAMA

2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti  ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov tvitter hesabında məlumat yayımlayıb.

O bildirib ki,sənədin icrası dayanıqlı sosial iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Müəllif:Aynur Qəniyeva