BİZNES

16 İyun

Fövqəladə Hallar Nazirliyinin xüsusi lisenziya verdiyi şirkət kapitalını 100 min manat AZALDIB

“Safe Life” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 200 (iki yüz) manat məbləğdən 100 (yüz) manat məbləğə azaldığını elan edir.

"Fins.az"xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə,nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov, ev 28 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Safe Life" MMC şirkətinin əsası 2007-ci ildə qoyulub. "Safe Life" MMC yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, parkinq sistemlərin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir. 

Həmçinin yuxarıdakı fəaliyyət növlərinə görə "Safe Life" MMC-nin Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malikdir. 

Müəllif:Aynur Qəniyeva