BİZNES

14 İyun

Mikayıl Cabbarovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit logistika potensialını artıracaq.

Fins.az xəbər verir ki, İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb 

O bildirib ki, ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit logistika potensialını artıracaq. Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Müəllif:Aynur Qəniyeva