BİZNES

14 İyun

Azərbaycanda ÜDM 0,8 % ARTIB 

2021-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 31,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumata yayımlayıb. 

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % çoxdur. 

Məlumata görə, hesabat dövründə  iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb.

Müəllif:Aynur Qəniyeva