BİZNES

08 İyun

"Silk Vey Holdinq" MMC-yə daxil olan iki şirkət ləğv olunub

"Silk Vey East Aviaşirkəti" MMC və "Silk Vey İnvestment " MMC ləğv olunduğunu elan edir

Fins.az  xəbər verir ki,bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə,kreditorlar iki ay ərzində tələblərini AZ-1044 Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev prospekti, mənzil 599 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Silk Vey East Aviaşirkəti" 2016-cı ildə yaradılıb. Aviaşirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

"Silk Vey Holdinq" MMC-yə daxil olan "Silk Vey East Aviaşirkəti" MMC-nin nizamnamə kapitalını  50 000 manatdan 100 manata qədər azaltmışdı.

Müəllif:Aynur Qəniyeva